Əli Mustafa: "Şanxay Əməkdaşlıq Təşkilatı böyüyən və güclənən Şərq blokuna çevrilir”

19:03 04.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şanxay Əməkdaşlıq Təşkilatı dünən Belarus dövlətini üzvlüyə qəbul edib. Bu təşkilata üzv olmanın əhəmiyyəti və perspektivləri yüksək dəyərləndirilməklə bir sıra ölkələrin, eləcə də Azərbaycanın da üzvlüyü və perspektivləri müzakirəyə açıqdır.

ŞƏT regiona, eləcə də Şərq dünyasına hansı gözləntiləri vəd edir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Əli Mustafa qeyd edib ki, Şanxay Əməkdaşlq Təşkilatı (ŞƏT) daha çox iqtisadi, ticari yönlü əməkdaşlığı əhatə edir. Və əsasən şərq ölkələrini – başda ÇİN olmaqla, Rusiya, Hindistan, Pakistan, Özbəkistan, Qazağıstan və Tacikistanın iştirakçılığı ilə yaradılıb.

Ə.Mustafa qeyd edib ki, ŞƏT-in dünən başlayan zirvəsində 16 dövlətin başçıları, digər rəsmiləri iştirak ediblər. Təşkilatın üzvlərinin sayı getdikcə çoxalır. Artıq 14 ölkə də bu təşkilata qoşulmağa çalışır.

“Anlaşılan odur ki, ŞƏT getdiksə siyasi quruma çevrilməkdədir. Artıq bir Şərq bloku formalaşır. Qərbdə müxtəlif formatlarda təşkilatlanma olduğu kimi, sanki ŞƏT də Çin ağırlıqlı bir bloka çevrilir.

Şanxay Əməkdaşlıq Təşkilatının əsas hərəkətverici qüvvəsi Çindir. Çin nəhəng ticarət əlaqələri olan və müəyən güzəştli əməkdaşlıq şərtləri həyata keçirən bir dövlətdir. Ona görə də bu gün -ŞƏT getdikcə böyüyən, güclənən Şərq blokuna çevrilir” -deyə bilərik".